Logo

BSU-da “Azərbaycanda Alman Dilini Tədris Edən Müəllimlər" İctimai Birliyinin yaradılmasının 4 illiyi qeyd edilib

17.10.2022 14:09 651 baxış
IMG

Oktyabrın 15-də Bakı Slavyan Universitetində "Azərbaycanda Alman Dilini Tədris Edən Müəllimlər" İctimai Birliyinin (DLV)  yaradılmasının 4 illiyi qeyd edilib.

Tehsil.biz xəbər verir ki, təşkilatın sədri Lətifə Qurbanova qonaqları salamlayaraq bu ictimai birliyin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, DAAD- ın Azərbaycan Dillər Universitetində (ADU), Azərbaycan Texniki Universitetində (ATU), Azərbaycan Neft və Sənaye Universitetində (ADNSU) çalışan rektorları, həmçinin regionlarda orta və ali məktəblərdə alman dilini tədris edən müəllimlər iştirak ediblər.

Tədbirdə DAAD-ın Qafqaz üzrə sədri, ADU-nun  Germanistika İnstitunun, Gürcüstandakı Höte  İnstitunun rəhbərləri, vaxtilə DLV-nin birgə əməkdaşlıq etdiyi, hazırda Almaniyanın müxtəlif şəhərlərində çalışan tərəfdaşlarının, keçmiş DAAD rektorunun videogörüntüləri və təbrikləri də yer alıb.

Xəbər lenti